Əgər uşağınız yatan zaman xoruldayırsa, deməli...

Əgər uşağınız yatan zaman xoruldayırsa, deməli...
23:05 17 May 2017
157 Ölkə
Ölkə mətbuatı
A- A+

Uşaq xorultusu yetkin adamlardakından daha çox diqqətə alınmalı, buna qətiyyən laqeyd yanaşılmamalıdır.

Milli.Az xəbər verir ki, mütəmadi xorultu uşaqlarda ciddi xəstəliyin xəbərçisi ola bilər. Mütəmadi xorultu dedikdə həftədə 4 gecə davamlı yaranan xorultu nəzərdə tutulur. İstər uşaqlarda, istərsə də böyüklərdə ara-sıra xorultu xəstəlik əlaməti deyil, yorğunluq, yuxusuzluq, çox yemək və düzgün olmayan yatış tərzindən yarana bilər.
Ümumiyyətlə, otolorinqoloqlar deyirlər ki, beyində hər hansı problem yarananda o, bu problemi nəfəs prosesi ilə tənzimləməyə çalışır ki, bu da nəticədə xorultu yaradır. Uşaqlarda xorultu tənəffüs yolları problemi, xüsusilə də infeksiyası, eləcə də allergiyadan yarana bilər.
Mütəxəssislər həmçinin bildirirlər ki, davamlı olaraq xoruldayan uşaqlarda təhsil, qavrama səviyyəsi aşağı olur. (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/545731.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR