Əlinizdəki balıq qoxusunu bu cür təmizləyin - SADƏ YOLU

Əlinizdəki balıq qoxusunu bu cür təmizləyin - SADƏ YOLU
23:12 17 May 2017
356 Maraqlı
Ölkə mətbuatı
A- A+

Diş məcununun təkcə dişləri təmizləmək üçün bir vasitə olmadığını bilirsinizmi? Demə, bu məcun başqa xoşagəlməz hallardan da xilas edir. Milli.Az ailem.az-a istinadən diş məcununun fərqli istifadə qaydaları ilə sizi tanış edir.

Xoşagəlməz qoxuları uzaqlaşdırır
 
Evdə hər hansı iş gördükdən və ya balıq təmizlədikdən sonra əllərinizdən xoşagəlməz qoxu gələ bilər. Bu cür hallarda bəzən sabun belə, köməyə çata bilmir. Lakin diş məcunu sizi bu qoxudan xilas edəcək. Əllərinizə bir az məcun sıxın, hər tərəfinə yaxşıca yayın, sürtün, sonra yuyun. Heç bir qoxu qalmayacaq.
 
Yara izlərini aradan qaldırır
 
Hətta dərialtı və dəriüstü ləkələr, izlər diş məcununun köməyi ilə aradan qaldırıla bilər. Göyərmiş hissəyə məcun çəksəniz, rəngi açılacaq. Hətta bəzi diş məcunlarının tərkibində nanə olduğu üçün yaranan ağrıları da aradan qaldırır.
 
Xalça və palazları təmizləyir
 
Xalça və palazlarda olan ləkələri diş məcunu aradan qaldıra bilər. Həmin hissəyə su ilə bərabər bir miqdar məcun yayın, bir az saxlayın, sonra yuyun.
 
Saç boyası ləkəsini aparır
 
Xanımları narahat edən məqamlardan biri də saçlarına boya qoyduqdan sonra rəngin üz dərisində qalmasıdır. Bu halda diş məcunu köməyinizə çatacaq. Saç boyası ləkəsi olan yerlərə diş məcunu sürtün, az keçdikdən sonra yuyun. Heç bir iz qalmayacaq.
 
Dırnaqları möhkəmləndirir
 
Keyfiyyətli diş pastasının tərkibində kalsium var. Bu maddə isə dişləri qoruyur. Əgər siz eyni prosesi dırnaqlarınızla da həyata keçirsəniz, onları möhkəmləndirmiş olarsınız. Bir miqdar diş məcununu fırçanın üzərinə sıxın və 15 dəqiqə dırnaqlarınızı təmizləyin.
 
Telefonun üstündəki çatları aradan qaldırır
 
Bir çox telefonlarda çat izləri qala bilər. Bu halda diş məcununu yumşaq bezlə həmin yerə çəkin, sonra isə ehmalca yuyun. Ekran əvvəlki görünüşünə qayıdacaq.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/545686.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR