Xanım sürücü protokol yazan müfəttişə əl qaldırdı

Xanım sürücü protokol yazan müfəttişə əl qaldırdı
23:18 17 May 2017
105 Dünya
Ölkə mətbuatı
A- A+

Maşını qadağan olunmuş ərazidə saxlayan xanım sürücü buna görə protokol tərtib edən müfəttişə əl qaldırıb.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, qadın avtomobilini Moskvanın mərkəzində yerləşən Yeni meydan yaxınlığında qadağan olunmuş yerdə saxlayıb. Maşının sahibi qayıdanda müfəttiş protokol yazıb. Xanım sürücü də protokolu cıraraq, polisin əlindən planşeti almağa çalışıb və əl-ayaq zərbələri endirib.

Daha sonra qəzəbli xanım maşına əyləşib getmək istəyəndə hadisə yerinə polis əməkdaşları gəlib. Avtomobilin sahibinə qarşı “Dövlət nümayəndəsinə zor tətbiq etmək” maddəsiylə cinayət işi açılıb və onu 5 ilə qədər həbs gözləyir.

Pərviz


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199199.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR