Əziyyətsiz uşaq böyütmək istəyirsizsə, OXUYUN! - FOTO

Əziyyətsiz uşaq böyütmək istəyirsizsə, OXUYUN! - FOTO
23:27 17 May 2017
121 Maraqlı
Ölkə mətbuatı
A- A+

Uşaqlar hər bir ailənin sevincidir, amma eyni zamanda yeni doğulan körpənin qayğısına qalmaq da hər ailəyə asanlıqla başa gəlmir. Yuxusuz gecələr, nə üçün ağladığı bilinməyən uşağın növbəylə qayğısına qalmaq, davamlı olaraq körpəni yelləmək və s. xüsusilə də çalışan gənc ata-ana üçün əməlli-başlı problemə çevrilir. Amma müasir texnologiya bütün bu çətinlikləri öz öhdəsinə götürür. Hətta elə icadlar edilib ki, bəzilərini ilk dəfə eşidib təəccüblənəcəksiniz.

Milli.Az körpələrlə bağlı texnoloji ixtiraları diqqətinizə çatdırır:

Ağıllı döşək - bu döşək üstündə mışıl-mışıl yatan körpənin çəkisini, boyunu, gündəlik yuxu rejimini ölçüb smartfon vasitəsilə valideynlərə xəbər verir.

Uşağın ağlamağını tərcümə edən qadcet (Infant Cries Translator) 92% halda onun aclıqdan, yuxusuzluqdan, ağrıdan və s. hansı səbəblərdən ağlamasını düzgün tapa bilir. Bu qadcet 200 min uşaq ağlamağının əsasında hazırlanıb. Körpənin böyüməyi ilə dəqiqlik azalır. Amma hətta 4 aylıq uşaqda belə ağlamağın səbəbi 77% düzgün təyin olunur.

Öz-özünə qızan süd butılkası - heç bir elektrik şəbəkəsinə qoşulmadan butılka içində olan südü və ya sıyığı qızdıra bilir. Birdəfəlik kartric vasitəsilə cəmi 4 dəqiqəyə butılka qızır.

Uşağı itməsi bütün valideynlərin kabusudur. Amma artıq itən uşaqları qadcet tapacaq. Daha doğrusu itməsinə imkan verməyəcək. Xüsusi bilərziklər həm qola, həm də ayağa taxılır. Uşaq hara getsə onun olduğu yerin koordinatları valideynin smartfonuna göndərilir.

Səsli proyektor - həzin musiqi altında tavana rəngli işıqlar və şəkillər əks etdirir. Bu da uşağın diqqətini çəkib onu əyləndirir və tezliklə yuxuya getməsini təmin edir.

Üzərində sayğac olan yataq paltarı - otağın temperaturunu, uşağın nəfəsinin nizamını, eləcə də yatarkən uşağın aldığı pozanın təsvirini otaqda olmayan valideynlərə smartfon vasitəsilə ötürür.

Beşik yelləyən - bu texniki əlavəni beşiyə, uşaq arabasına yapışdırmaqla körpəni davamlı yelləyəcək və ananın digər ev işlərini görməsinə əngəl törətməyəcək.

Yeməkdən imtina edən uşaqlar üçün təyyarə formasında qaşıq. Qaşığı uşağın ağzına yaxınlaşdıranda xəfif təyyarə uğultusu çıxarır.

Ağıllı diş fırçası - nisbətən böyük uşaqlar üçündür. Smartfona qoşulan diş fırçası bütün hərəkətləri ekranda göstərir. Hər doğru fırçalamağa bal və virtual hədiyyələr verir. Bunları qazanmaq istəyən uşaqlar dişlərini doğru fırçalamağa cəhd edirlər.

Yapışqan termometr - daha təhlükəli termometri uşağın qolunun altına, ağzına qoymağa gərək qalmayacaq. Hətta yatmış vəziyyətdə olan uşağın bədəninə yapışdırılacaq və smartfona ötürülən məlumatlar vasitəsilə onun hərarəti bəlli olacaq. (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/545695.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR