"Qalatasaray" Avropa qrandlarını qabaqladı

"Qalatasaray" Avropa qrandlarını qabaqladı
23:32 17 May 2017
92 İdman
Ölkə mətbuatı
A- A+

Bu mövsüm Avropada forması ən çox satılan klubları açıqlanıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, siyahının ilk pilləsində İngiltərə nəhəngi "Manchester United" qərarlaşıb. "Qırmızı şeytanlar"dan sonrakı pillələrdə müvafiq olaraq "Real", "Barcelona" və "Bayern Munich" yer alıb.

Türkiyə təmsilçisi "Qalatasaray" bu siyahıda Avropanın bir çox nəhəng klublarını geridə qoyub. Ötən mövsümü 6-cı pillədə başa vuran "sarı qırmızılar" uğursuz çıxışa baxmayaraq, 368 min forma sataraq, əzəli rəqibi "Fənərbaxça"yla yanaşı, Avropanın "Mançester City", "Milan", "İnter" kimi klublarını da üstələyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/545878.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR