Rusiya kəşfiyyatı Feysbukda... - İTTİHAM

Rusiya kəşfiyyatı Feysbukda... - İTTİHAM
23:48 17 May 2017
102 Dünya
Ölkə mətbuatı
A- A+

Feysbuk sosial şəbəkəsi açıq işləyir, amma orada həmçinin Rusiyanın xüsusi xidmət orqanları var.

Publika.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bildirib.

“Feysbuk sosial şəbəkələr kimi şəffaf qaydalar üzrə işləyir və bu qaydalar aydındır. Orada həmçinin Rusiyanın xüsusi xidmət orqanları var. Onlar saxta hesabları yaradırlar və hansısa fitnəkar informasiyaları dövriyyəyə buraxırlar. Amma biz bununla mübarizə aparmalıyıq. Və bunun üçün mexanizmləri var”, - Turçinov deyib.

Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenko mayın 16-da Rusiya Federasiyasına qarşı sanksiyaların genişləndirilməsi haqqında Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını təsdiqləyib.

Sanksiyaların genişləndirilmiş siyahısına 1228 fiziki və 468 hüquqi şəxs daxil edilib. Hüquqi şəxslərə qarşı sanksiyaların müddəti üç ilə qədər, fiziki şəxslər üçün isə bir, üç, beş il və müddətsiz uzadılıb.

Fərmanın əlavə hissəsində deyilir ki, sanksiyalar çərçivəsində həmçinin “Yandeks”, “Mail.ru”, həmçinin "Vkontakte” və "Odnoklasniki” sosial şəbəkələrinin fəaliyyəti Ukraynada qadağan edilib.

“Yandeks” axtarış sisteminin əsas səhifəsi qadağa altına düşməyib. Amma bütün xidmətlərə blok qoyulub.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199201.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR