Play Store

Ukrayna üçün yeni dönəm başlayır -

Bu gün Fransanın Strasburq şəhərində Ukrayna vətəndaşlarının Şengen bölgəsinə vizasız səyahət etmələrini təsdiqləyən anlaşma imzalanıb.

Metbuat.az-ın məlumatına görə, mərasimdə Ukrayna prezidenti Pyötr Poroşenko ilə yanaşı, Avropa parlamentinin rəhbəri Antonio Tayani və Jozef Muskat da iştirak edib.

Artıq Sovet dönəminin geridə qaldığını vurğulayan Poroşenko qeyd edib:

"Bu gün həm Ukrayna, həm də Avropa İttifaqı üçün tarixi gündür. 3 ildir ki, Rusiyanın təcavüzünə məruz qalırıq. Ukrayna və Avropa İttifaqı arasındakı sabitliyi pozmaq üçün böyük büdcə ayırmışdılar. Ancaq bu, baş tutmadı".

Qeyd edək ki, 11 iyun tarixindən etibarən Ukrayna vətəndaşları Şengen ölkələrinə vizasız səyahət edə biləcəklər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Xəta (#32)

Aktual mövzular: Dollar alış-satışı , Qarabağ, Hava, Məzənnə

Xəta (#32)

Daxili server xətası meydana gəldi.

Server sorğunu icra edərkən yuxarıdakı səhvlə qarşılaşdı.

Əgər fikirləşirsizsə bu serverlə bağlı səhvdir,zəhmət olmasa bizimlə əlaqə saxlayın.