Əfqanıstanda silahlılar televiziyaya hücum edib, ölənlər var

Əfqanıstanda silahlılar televiziyaya hücum edib, ölənlər var
23:52 17 May 2017
52 Dünya
Ölkə mətbuatı
A- A+

Əfqanıstanın Cəlalabad şəhərində (Nanqarxar əyaləti) silahlılar dövlət televiziyasının binasına hücum edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 4-ü televiziya əməkdaşı olmaqla 6 nəfər ölüb, 18 dinc sakin yaralanıb.

Hadisə yerinə cəlb edilən Əfqanıstan təhlükəsizlik qüvvələri dörd saatlıq döyüşdən sonra silahlıları zərərsizləşdirib. Məlumata əsasən, hücumu həyata keçirən üç nəfərdən 2-si öldürülüb, daha 1-i yaxalanıb.
 
Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/545881.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR