Play Store

ANAMA: Cocuq Mərcanlıda 1504 qəlpə, 26 ədəd partlamamış hərbi sursat tapılıb (FOTO)

ANAMA: Cocuq Mərcanlıda 1504 qəlpə, 26 ədəd partlamamış hərbi sursat tapılıb (FOTO)
00:43 18 May 2017
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

ANAMA mayın 17-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, gün ərzində 1 504 ədəd qəlpə, 26 ədəd partlamamış hərbi sursat (1 ədəd 30 mm-lik silah qumbarası (VOQ-17), 25 ədəd 82 mm-lik minaatan mərmisinin partladıcı başlığı (M-6IÇ)) və 49 ədəd tank əleyhinə TM-57 minasının partladıcısı (MVZ-57) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 27 324 kv.m (2.73 ha) ərazi tam təmizlənmiş, 32 500 kv.m (3.25 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanmışdır. (Cəmi: 59 824 kv.m (5.98 ha)).

Məlumata görə, 85 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 67 ədəd partlamamış hərbi sursat (5 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 25 ədəd 82 mm-lik minaatan mərmisinin partladıcı başlığı (M6IÇ), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 2 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VL raketi, 10 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi, 4 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 əl qumbarası, 4 ədəd 23 mm-lik zenit top mərmisi (OFZT), 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 8 ədəd TM-62P3 minasının gücləndiricisi, 1 ədəd TM-57 minasının gücləndiricisi, 1 ədəd 30 mm-lik silah qumbarası (VOQ-17) 1 ədəd 122 mm-lik top mərmisi (Ş-1) və 1 ədəd Ş-1 top mərmisinin DTM-75 döyüş başlığı), 14 ədəd piyada əleyhinə mina (OZM-72) və 127 ədəd tank əleyhinə mina (27 ədəd TM-57 minası və 100 ədəd TM-57 minasının partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilib.

İndiyədək aparılan minatəmizləmə əməliyyatları nəticəsində 1 990 910 kv.m (199.09 ha) ərazi tam təmizlənmiş, 958 640 kv.m (95.86 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanmışdır (Cəmi: 2 949 550 kv.m (294.95 ha)).

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2756012.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR