"Yuventus" İtaliya kubokunun qalibi oldu

İtaliya kubokunun qalibi müəyyənləşib.

Metbuat.az-ın məlumatına görə, final matçında "Yuventus" və "Latsio" üz-üzə gəlib.

Oyunda hesab 12-ci dəqiqədə açılıb. Ev sahiblərinin heyətində Dani Alves fərqlənib. Çox keçmədən Leonardo Bonuççi fərqi artırıb. Qalan dəqiqələr ərzində matçda başqa qol olmayıb.

İtaliya kuboku

Final

"Yuventus" - "Latsio" - 2:0

Qollar: Alves, 12, Bonuççi, 25

Beləliklə, "Yuventus" ardıcıl 3-cü, ümumilikdə isə 12-ci dəfə İtaliya kubokunun qalibi adını qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR