Tramp Ər-Riyada “Ərəb NATO-su” planı ilə gedir

Tramp Ər-Riyada “Ərəb NATO-su” planı ilə gedir
01:28 18 May 2017
123 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına qarşıdakı səfəri zamanı “Ərəb NATO-su” yaradılması üzrə planını təqdim edəcək.

Publika.az xəbər verir ki, bu haqda “Vaşinqton Post” nəşri yazıb.

Nəşrin məlumatlarına görə, Tramp administrasiyası və Səudiyyə Ərəbistanının hakimiyyəti kulislər arxasında genişmiqyaslı danışıqları aparırdılar. Danışıqlar ABŞ-da keçirilən seçkilərdən az müddət sonra başlanıb.

Ağ Evdəki məmurlara istinadən qəzet yazır ki, ilk görüşlərin gedişatında Səudiyyə tərəfi təhlükəsizlik, həmçinin iqtisadiyyat və investisiyalar sahəsində əməkdaşlığın aktivləşməsi üzrə bir sıra layihələr təqdim edib. Son həftələrin əsas məqsədlərindən biri sünni ölkələrinin birləşdirilmiş koalisiyası üçün baza prinsiplərinin yaradılması olub. Bu prinsiplər NATO-ya bənzəyən struktur üçün əsas olacaq.

Layihəyə əsasən, potensial koalisiyaya hər şeydən əvvəl, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Misir və İordaniya girəcək.

Hazırda Səudiyyə Ərəbistanına Amerika silahlarının çatdırılmaları üzrə böyük saziş planın ən konkret hissəsidir. Sazişi Tramp Ər-Riyada səfərinin gedişatında elan edəcək. Məmurların məlumatına görə, müqavilənin məbləği 98-128 milyard dollar qiymətləndirilir. Gələcək on il ərzində müqavilələrin ümumi dəyərinin 350 milyard dollara çatacağı gözlənilir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199204.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR