Donald Tramp FTB-nin direktoru vəzifəsinə namizədlərlə görüşəcək

Daha öncə xəbər verdiyimiz kimi, Donald Tramp ötən həftə Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Ceyms Komini vəzifəsindən uzaqlaşdırmışdı.

Metbuat.az bildirir ki, ABŞ prezidenti Komidən boşalan posta namizdə olan 4 nəfərlə görüşəcək. Bu barədə Trampın mətbuat katibi Şon Şpayser məlumat verib.

Namizədlər sırasında sabiq ABŞ senatoru Co Liberman və FTB-nin direktoru vəzifəsinin müvəqqəti icraçısı Endru Makkeyb də var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR