Play Store

ABŞ Konqresi Rusiya və İran əleyhinə qətnamə qəbul etdi

ABŞ Konqresi Rusiya və İran əleyhinə qətnamə qəbul etdi
04:04 18 May 2017
120 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyaya və İrana qarşı sanksiyalar nəzərdə tutan qanun layihəsini qəbul edib.

 

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu palatanın spikeri Pol Rayan bəyan edib.

 

“Bəşər Əsədin insanlığa qarşı cinayətləri cavabsız qala bilməz. Yeni sanksiyalarla biz Suriya rejimi, eləcədə Əsədin əsas himayədarları olan Rusiya və İrana qarşı təzyiqi artırmış olacağıq”, deyə P.Rayan bildirib.

 

Qanun layihəsinə Senat razılıq verdikdən sonra sənəd imzalanması üçün prezident Donald Trampa göndəriləcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274841

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR