BMT: Mərkəzi Afrika Respublikasında 115 nəfər öldürülüb

BMT: Mərkəzi Afrika Respublikasında 115 nəfər öldürülüb
04:12 18 May 2017
99 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 may. REPORT.AZ/ Birləşmiş Millətlər Təşkilatı (BMT) silahlıların Mərkəzi Afrika Respublikasının cənub-şərqindəki Banqasu şəhərinə hücumu zamanı qətlə yetirilmiş 115 nəfərin cəsədinin aşkarlanması barədə məlumatı araşdırır.
"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik xəbər verib.
Bundan əvvəl Beynəlxalq Qırmızı Xaç Komitəsi Banqasuda bıçaq zərbəsindən və odlu silahdan açılan atəşdən yaralanan, həmçinin ölənədək döyülən 115 nəfərin cəsədinin tapıldığını bildirib.
"Biz bu məlumatı Qırmızı Xaç Komitəsindən aldıq. Mən BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsindəki həmkarlarımla danışdım. Onlar bunu yoxlayırlar və bizim (həlak olanlar barədə - "Report") məlumatlar yenilənəcək. Biz davam etməkdə olan qarşıdurmanın qurbanlarının sayının artacağını gözləyirik" – deyə Dyujarrik bildirib.
Bir gün əvvəl o, yoxlanılmamış məlumatları sitat gətirərək bildirib ki, iğtişaşların gedişatında 100-ə qədər insan həlak ola bilər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/bmt-merkezi-afrika-respublikasinda-115-nefer-oldurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR