ABŞ və Meksika transmilli cinayətkarlıqla mübarizəni müzakirə edəcəklər

ABŞ və Meksika transmilli cinayətkarlıqla mübarizəni müzakirə edəcəklər
04:15 18 May 2017
118 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

ABŞ dövlət katibi Reks Tillerson və daxili təhlükəsizlik naziri Con Kelli Meksika tərəfdaşları ilə transmilli cinayətkar təşkilatlarla mübarizə üçün strategiyanın hazırlanması üzrə danışıqlar aparacaqlar.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Meksika nümayəndə heyətinin tərkibində xüsusən, xarici işlər naziri Luis Videqaray olacaq.

Məlumatda deyilir ki, bu görüş "təhlükəsizlik məsələləri üzrə iki ölkə arasında məhsuldar dialoqun davamı" olacaq.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2756027.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR