Kolumbiyada partlayış baş verib: 6 ölü, 20 yaralı

Kolumbiyada partlayış baş verib: 6 ölü, 20 yaralı
04:57 18 May 2017
98 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 may. REPORT.AZ/ Kolumbiyada portda partlayış baş verib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Karib sahillərindəki Kartaxen-de-İndiasda qeydə alınıb. 
İlkin məlumata görə, partlayış sənaye zonasında təmirə dayanan gəminin göyərtəsində qeydə alınıb. Əvvəlcə güclü yanğın baş verib, sonra sənaye zonası üzərindən səmaya yüksək qara tüstü zolağı qalxıb.
Kartaxen meriyası partlayış nəticəsində azı 20 nəfərin yaralanması barədə məlumat verib. 
Hadisənin başvermə səbəbləri hələlik bilinmir. Bununla belə, dəniz anbarlarında yığılan qazların təsadüfi qığılcım yarada bilməsi versiyası irəli sürülür.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/kolumbiyada-portda-partlayis-bas-verib-6-olu-20-yarali

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR