Play Store

Bineli Yıldırım İslamiadada qızıl medal qazanan türk idmançılarını təbrik edib

Bineli Yıldırım İslamiadada qızıl medal qazanan türk idmançılarını təbrik edib
05:37 18 May 2017
142 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 18 may. REPORT.AZ/ Türkiyənin baş naziri Bineli Yıldırım "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan türk idmançılarını təbrik edib.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Baş Nazirliyinin Mətbuat Müşavirliyi məlumat yayıb.
Xəbərdə bildirilir ki, Bineli Yıldırım Bakıda davam edən IV İslam Həmrəyliyi Oyunlarında atıcılıq, tennis, gimnastika, ağır atletika, cüdo, üzgüçülük, atletika, taekvando oyunlarında qızıl medal qazanan idmançılara təbrik teleqramı göndərib.
Qeyd edək ki, Türkiyə "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında medal sıralaması ilə birinci yerdədir. Belə ki, qonşu ölkənin idmançıları 54 qızıl, 45 gümüş, 38 bürünc medal qazanaraq 137 medalla siyahıya başçılıq edirlər.  

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/bineli-yildirim-i-slamiadada-qizil-medal-qazanan-turk-idmancilarini-tebrik-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR