Bakı. Trend:
Rusiyada, Kamçatkanın şərq sahilində 5 bal gücündə zəlzələ baş verib.
Trend-in "kamchatinfo"ya istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Kronoçk körfəzinin mərkəzində, ocağı isə 97 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.