Play Store

Smartfonlar həkimlərə kömək olacaq

Smartfonlar həkimlərə kömək olacaq
07:22 18 May 2017
Ölkə mətbuatı
A- A+

Kanadanın Toronto Universitetinin alimlər qrupu tərəfindən yaradılmış  xüsusi proqram təminatı uzaq məsafədən sadə analizlər həyata keçirməyə imkan verəcək. Belə proqram həkimlərin işini daha səmərəli edəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, indi uzaq məsafədən qanın analizini həyata keçirməyə imkan verən proqram təminatı mövcuddur. Şəklin internet vasitəsilə sürətli ötürülməsi proqrama aralıq diaqnoz qoymağa imkan verir və təcili tibbi yardımın göstərilməsi vaxtı həkimlər bu diaqnoza əsaslanırlar. Bu metod özünü doğrultduğuna görə gələcəkdə böyük populyarlıq qazanacaq.

Smartfonlar üçün yeni proqram bəzi analizləri məsafədən həyata keçirməyə imkan verəcək. Pasiyent xüsusi yığcam mikroskopun köməyi ilə şəkil çəkdirməli olacaq və bundan sonra proqram məlumatları emal edəcək. Bütün bu əməliyyatlardan sonra mütəxəssis qan plazmasında olan bakteriyalar haqda məlumat əldə edəcək.

Yeni proqram könüllülərdə yoxlamadan keçirilir və bu ilin sonuna eksperimental əsasda istifadəsi planlaşdırılır. Alimlər bildiriblər ki, smartfonlar üçün yeni proqram bir çox insanın həyatını xilas etməyə kömək edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/545378.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR