Play Store

Peyk təyyarələri Wi-Fi ilə təchiz edəcək

Peyk təyyarələri Wi-Fi ilə təchiz edəcək
07:37 18 May 2017
130 Maraqlı
Ölkə mətbuatı
A- A+

Kanaveral kosmodromunda ABŞ-ın məşhur iş adamı İlon Maska məxsus özəl "SpaceX" şirkətinin "Falcon 9" raketdaşıyıcısının uğurlu buraxılışı həyata keçirilib.  

Milli.Az ICTnews-a istinadən bildirir ki, raket orbitə təyyarə və gəmi sərnişinləri üçün genişzolaqlı internetə çıxışı təmin edəcək "Inmarsat-5 F4" telekommunikasiya peykini çıxarıb. Seriyada dördüncü və sonuncu olmaqla qlobal "Global Xpress" peyk şəbəkəsinin yaradılmasını tamamlayacaq aparat ABŞ-ın "Boeing" şirkəti tərəfindən hazırlanıb. Peykin proqnozlaşdırılan istismar müddəti 15 il təşkil edir.
 
Məlumata görə, bu ilin martında "SpaceX" ilk pilləsi kosmosa göndərilən "Falcon 9" raketdaşıyıcısının buraxılışını həyata keçirib. Doqquz dəqiqə sonra raket Atlantik okeanda yerləşən platformaya uğurlu eniş edib.
 
Mayın 4-də "SpaceX" şirkətinin vitse-prezidenti Patrisiya Kuper şirkətin internetin paylanması üçün 2024-cü ilədək dörd mindən çox peyk buraxmaq niyyətində olmasını açıqlayıb. Onun sözlərinə görə, şirkət 2017-ci ildə prototiplərin sınaqlarına başlayacaq və ilk peyki ilin sonunadək buraxacaq. İkinci aparatın Yerətrafı orbitə 2018-ci ildə çıxarılması nəzərdə tutulur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/545379.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR