Play Store

Əfqanıstanda silahlılar televiziya mərkəzinə hücum ediblər: 6 ölü, 18 yaralı

Əfqanıstanda silahlılar televiziya mərkəzinə hücum ediblər: 6 ölü, 18 yaralı
07:52 18 May 2017
47 Dünya
Ölkə mətbuatı
A- A+

Əfqanıstanın Nanqahar əyalətində silahlılar Milli Radio və Televiziya (NRT) binasına hücum ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, hücum nəticəsində 6 nəfər həlak olub, 18 nəfər isə yaralanıb.

"NRT-nin 4 əməkdaşı və 2 hərbçi həlak olublar", - əyalətin polis rəisi Əbdül Rəhman Rəhimi bildirib.

Məlumatda deyilir ki, 4 saat davam edən atışmadan sonra, polislər 2 silahlını öldürüb, birini isə sağ ələ keçiriblər.

Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/545915.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR