Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin məbləği açıqlanıb

Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin məbləği açıqlanıb
08:01 18 May 2017
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 10,2 faizini təşkil edib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, Mərkəzi Bankın məlumatlarına əsasən, 2017-ci il aprel ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 15533,3 milyon manat təşkil edib, onun 12185,4 milyon manatı uzunmüddətli kreditlər olub. Kredit portfeli 2016-cı il aprel ayının 1-i ilə müqayisədə 21,1 faiz azalıb.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2017-ci il aprel ayının 1-nə 6911,5 milyon manat təşkil edib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2755659.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR