Play Store

Televizorunuz yeni deyilsə...

Televizorunuz yeni deyilsə...
08:17 18 May 2017
Ölkə mətbuatı
A- A+

İyunun 30-dan etibarən 2012-ci ildə buraxılan və ya daha əvvəl istehsal olunan televizorlarda "YouTube" əlavəsinin dəstəklənməsi dayandırılacaq. Bu barədə "YouTube" servisinin texniki dəstək saytında dərc edilən məlumatda deyilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, məlumata görə, köhnəlmiş "YouTube" "flash" proqramı üçün 2012-ci ildə "HTML5" texnologiyası əsasında onun çoxlu imkanlara malik müasir versiyası hazırlanıb. "Bundan başqa, tematik tab-vərəqələr, daha asan axtarış, sadələşdirilmiş naviqasiya və təkmilləşdirilmiş tövsiyə sistemi kimi yeni funksiyalar əlavə olunub. Bu funksiyaların "flash" proqramına inteqrasiyası isə qeyri-mümkündür", - məlumatda qeyd olunur.    

Bununla belə, bundan sonra "YouTube"a baxmaq üçün istifadəçilərə köhnəlmiş televizora qoşulacaq "Chromecast" və "Android TV" kimi müasir media qurğusu və ya yeni televizor modeli almaq tövsiyə olunur.

Bildirilir ki, "YouTube" əlavəsinin aktual versiyasından 2013-cü ildə və ya daha sonra buraxılan "ağıllı" televizorlarda yararlanmaq mümkün olacaq. Aktual versiyanı, həmçinin "PlayStation 3", "PlayStation 4", "Xbox 360", "Xbox One" və "Wii U" oyun konsollarının istifadəçiləri quraşdıra bilərlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/545390.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR