Yeni akkumulyator 5 dəqiqədə enerji ilə doldurulur - VİDEO

Yeni akkumulyator 5 dəqiqədə enerji ilə doldurulur - VİDEO
08:22 18 May 2017
Ölkə mətbuatı
A- A+

"StoreDot" şirkəti tərəfindən hazırlanmış texnologiya bir neçə dəqiqə ərzində elektrik avtomobilinin akkumulyatorunun şarjını tamamilə doldurmağa imkan verir. Şirkət tərəfindən patentləşdirilmiş həllər belə enerjidoldurma sürətini təmin edir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, indi "StoreDot" şirkəti kütləvi istehsala başlamaq üçün partnyor və investorlar axtarır. İstehsalçıların iddiasına görə, onların akkumulyatoru yalnız tez enerji toplamır, həm də başqa batareyalarla müqayisədə daha təhlükəsizdir. Şirkət nümayəndələrinin proqnozuna görə, yeni akkumulyatorlar artıq bir neçə il sonra satışa çıxarıla bilər, indi isə onları diqqətlə testdən keçirmək lazımdır. Yeni tip batareya ilə təchiz edilmiş smartfonların sınaqları artıq başa çatıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Yeni akkumulyator 5 dəqiqədə enerji ilə doldurulur

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/545384.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR