Play Store

Türkiyə kubokunda ikinci finalçı bəlli oldu: “Fənərbaxça” 11 qol vurub uduzdu

Türkiyə kubokunda ikinci finalçı bəlli oldu: “Fənərbaxça” 11 qol vurub uduzdu
08:27 18 May 2017
94 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə kubokunda ikinci finalçının adına aydınlıq gəlib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ikinci yarımfinalın cavab matçında "Başakşəhər"lə "Fənərbaxça" qarşılaşıblar.
 
İlk görüşdən 2:2 hesablı bərabərliklə ayrılan komandaların oyunu bu dəfə də gərginliklə yadda qalıb. "Başakşəhər" iki dəfə hesabda önə keçsə də, sona qədər üstünlüyünü qoruya bilməyib. 90 dəqiqəsi ilk oyunda olduğu kimi 2:2 bitən qarşılaşmanın uzatma dəqiqələrində də hesab dəyişməyib.
 
Qalibi və finalçını müəyyən etmək üçün penalti vuruşlarına ehtiyac yaranıb. Maraqlıdı ki, "lotoreya" da gərgin keçib. Qarşılıqlı zərbələri dəqiq yerinə yetirən komandalar 13-cü vuruşa kimi davam ediblər. Yekunda yanlışlığa daha çox yol verən "Fənərbaxça" olub. "Başakşəhər" 10:9 hesabı ilə qalib gələrək finala yüksəlib.
 
Qeyd edək ki, ilk finalçı "Konyaspor" olmuşdu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/545905.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR