Play Store

İŞİD-in İraqda törətdiyi terror aktlarında 10 hərbçi həlak olub

İŞİD-in İraqda törətdiyi terror aktlarında 10 hərbçi həlak olub
08:42 18 May 2017
64 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 may. REPORT.AZ/ İŞİD qruplaşmasının İraqın Mosul şəhərinin qərbində törətdiyi terror aktları zamanı 10 hərbçi həlak olub.
"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi İraqın federal polisinin nümayəndəsi Əddi Abdülvahab əs-Səidiyə istinadən xəbər verib.
Polis nümayəndəsinin sözlərinə görə, terror aktlarından biri Rıfai rayonunda təşkil olunub. Belə ki, kamikadze minalanmış avtomobili Terrorizmlə Mübarizə Bölməsinin əməkdaşlarının yaxınlığında partladıb. Nəticədə 3 hərbçi ölüb.
Daha iki terror aktı isə Mosulun qərbində, Uraybi rayonunda baş verib. Nəticədə 7 hərbi xidmətçi həlak olub.  

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-si-d-in-i-raqda-toretdiyi-terror-aktlarinda-10-herbci-helak-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR