Play Store

Dünyanın ən idmansevər ölkəsi açıqlandı

Dünyanın ən idmansevər ölkəsi açıqlandı
08:57 18 May 2017
Ölkə mətbuatı
A- A+

Fitnes üçün qolbaqlar istehsal edən "Fitbit" şirkəti özü üçün əlçatan statistik məlumatları təhlil edərək dünyanın "ən idmansevər ölkəsi"ni müəyyən edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu ada İrlandiya layiq görülüb.
 
Hesablama zamanı bütün dünya üzrə 20 milyondan artıq "Fitbit" qolbaqları istifadəçilərinin məlumatları nəzərə alınıb. Bu zaman yuxunun müddəti, hərəkətdə olmaqla bağlı ehtiyacın olduğunu xatırlatmalar, gündəlik atılan addımların, gün ərzində aktivliyin vaxtı və dincəlmə zamanı nəbzin göstəriciləri götürülüb.  

İkinci yerdə Böyük Britaniya, üçüncü yerdə isə İsveç gəlir. İlk beşliyə Hollandiya və İsveçrə də daxil edilib.

Maraqlıdır ki, gündəlik orta hesabla daha çox addımı (9023) İspaniyadan olan istifadəçilər atırlar. Ümumi hesabatda isə onlar yeddinci yeri tutublar. Daha çox - sutkada 7 saat 15 dəqiqə yatanlar Böyük Britaniya sakinləridir. Ən aktiv insanlar isə İsveçrədə yaşayanlar olub.
 
Fürsətdən istifadə edərək istehsalçı bildirib ki, artıq şirkət 63 milyon ədəd cihaz satışını həyata keçirə bilib. Dünyanın 65 ölkəsində qeydiyyatdan keçən istifadəçilərin sayı isə 50 milyon nəfəri ötüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/545394.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR