Bakıda bir gündə 3 BIÇAQLANMA

Bakıda bir gündə 3 BIÇAQLANMA
09:08 18 May 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda bir gündə 3 bıçaqlanma hadisəsi qeydə alınıb.

Bakının Qaradağ rayonunda 39 yaşlı kişi yeznəsi tərəfindən bıçaqlanıb.

Belə ki, Qızıldaş qəsəbəsində 1978-ci il təvəllüdlü Mustafayev Telman Fərman oğlu yeznəsi tərəfindən bir neçə ağır bıçaq xəsarəti alıb. T.Mustafayev xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.

İkinci bıçaqlanma hadisəsi isə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, 3-cü mikrorayon dairəsi kimi tanınan ərazidə 1966-ci il təvəllüdlü İbrahimov Qalib Vaqif oğlu tanımadığı şəxslə mübahisə edib. O, mübahisə zamanı bıçaqlanıb. Q.İbrahimov aldığı xəsarətlərə görə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsindəki mənzillərdən birində yaşayan 1980-ci il təvəllüdlü İsmayılov Nicat Aslan oğlu isə özünə bir neçə bıçaq xəsarəti yetirərək intihar etmək istəyib.

Onun nə üçün intihara cəhd göstərdiyi hələlik məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/199220.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR