Həyətdə oynayan uşağa it hücum etdi

Həyətdə oynayan uşağa it hücum etdi
09:22 18 May 2017
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəkidə azyaşlı sahibsiz itin hücumuna məruz qalıb.

Milli.Az xəbər verir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, mayın 17-də rayonun Kiş kənd sakini, 2008-ci il təvəllüdlü Tunar Murad oğlu Alıyev it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olub.

Müayinə zamanı məlum olub ki, uşaq küçədə oynayarkən sahibsiz it hücum edərək, sol sarğı nahiyəsindən dişləyib. Tunar Alıyevə lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra evə buraxılıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/545930.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR