Akademik Mir-Məmməd Cavad-zadənin anadan olmasının 90 ili tamam olur

Akademik Mir-Məmməd Cavad-zadənin anadan olmasının 90 ili tamam olur
09:27 18 May 2017
28 Ölkə
Ölkə mətbuatı
A- A+

2017-ci il mayın 18-də Azərbaycanın görkəmli cərrah-uroloqu və alimi, SSRİ və Respublika Dövlət mükafatları laureatı, Milli Elmlər Akademiyasının akademiki, Rusiya Tibb Elmləri Akademiyasının müxbir üzvü, professor Mir-Məmməd Cavad oğlu Cavad-zadənin anadan olmasının 90 ili tamam olur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 1965-ci ildə akademik Mir-Məmməd Cavad-zadə tərəfindən Bakı şəhərində təşkil edilmiş Respublika Klinik Uroloji Xəstəxanası keçmiş SSRİ-də ilk ixtisaslaşdırılmış uroloji klinikası idi.

Mir-Məmməd Cavad-zadə 1974-cü ildən 2008-ci ilə qədər Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifəsində çalışıb. Onun rəhbərliyi ilə 17 doktorluq və 71 namizədlik dissertasiyası müdafiə edilib.

Akademik 32 monoqrafiya, 2 dərslik və 800-dən artıq elmi əsərin müəllifidir.

Mir-Məmməd Cavad-zadə tərəfindən müxtəlif uroloji xəstəliklərin müalicəsinə yönəldilmiş on minlərlə cərrəhi əmələyyat həyata keçirilib.

Akademik Azərbaycanda böyrək transplantasiyasının banisidir. 1971-ci ildə Zaqafqaziyada ilk dəfə böyrək transplantasiyası əməliyyatı onun tərəfindən aparılıb.

Mir-Məmməd Cavad-zadənin fəaliyyəti dövlət və ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib, o, "Şərəf nişanı", "Oktyabr inqilabı", "Lenin" və müstəqil Azərbaycanın "Şöhrət", "İstiqlal" ordenləri ilə təltif olunub.

2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevın fərmanı ilə Respublika Klinik Uroloji Xəstəxanasına akademik Mir-Məmməd Cavad oğlu Cavad-zadənin adı verilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/545922.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR