Play Store

SOCAR və "Özbəkneftqaz" yataqların birgə işlənməsinə dair memorandum imzalayıb

SOCAR və "Özbəkneftqaz" yataqların birgə işlənməsinə dair memorandum imzalayıb
09:47 18 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 18 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev “Özbəkistanda Neft və Qaz” XXI Beynəlxalq Sərgi-Konfransında (OGU-2017) iştirak etmək üçün Daşkənddə olub.
“Report” SOCAR-a istinadən xəbər verir ki, o, sərginin açılış mərasimində iştirak edib, SOCAR-ın sərgidə nümayiş etdirilən ekspozisiyası ilə tanış olub.
SOCAR prezidenti burada aparıcı neft şirkətlərinin rəsmi şəxsləri ilə ikitərəfli və çoxtərəfli görüşlər keçirib.
R.Abdullayev “OGU-2017” beynəlxalq konfransında məruzə ilə çıxış edib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən enerji strategiyası çərçivəsində icra olunan regional və qlobal əhəmiyyətli layihələr haqqında konfrans iştirakçılarına məlumat verən R.Abdullayev Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində rolunu vurğulayıb.
Özbəkistan baş nazirinin müavini Qulamcon İbrahimov SOCAR-ın prezidenti Rövnəq Abdullayev ilə görüş keçirib. Görüşdə iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi, xüsusilə neft-qaz sahəsində əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycanda, Özbəkistanda və üçüncü ölkələrdə birgə neft-qaz əməliyyatlarının aparılması məsələləri müzakirə olunub. 
Özbəkistana səfər çərçivəsində SOCAR prezidenti R.övnəq Abdullayev “Özbəkneftqaz” şirkəti İdarə Heyətinin sədri Alişer Sultanovla görüşüb və iki şirkət arasında yataqların birgə işlənməsinə dair memorandum imzalanıb.



Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-la-ozbekneftqaz-yataqlarin-birge-islenmesine-dair-memorandum-imzalayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR