BMT-nin Könüllüləri Proqramının İcraçı Əlaqələndiricisinin müavini Azərbaycana gələcək

BMT-nin Könüllüləri Proqramının İcraçı Əlaqələndiricisinin müavini Azərbaycana gələcək
10:02 18 May 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 may. REPORT.AZ/ BMT-nin Könüllüləri Proqramının İcraçı Əlaqələndiricisinin müavini Toyli Kurbanov mayın 22-də Azərbaycana gələcək. 
BMT-nin Bakıdakı ofisindən “Report” verilən məlumata görə, Т.Kurbanov Azərbaycan hökümətinin nümayəndələri ilə görüşəcək.
O, könüllülüyün təbliği və Azərbaycanın uzun müddətli könüllülük mədəniyyətinin qurulmasında qlobal əməkdaşlıq priorotetlərini müzakirə edəcək.
İki günlük səfər ərzində Т.Kurbanov BMT tərəfdaşları, Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi (ASAN) və elm mərkəzlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək və könüllülük təcrübəsi olan təşkilatlarla çoxtərəfli əməkdaşlıq yollarını araşdıracaq.
BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai deyib ki, BMT-nin Könüllüləri Proqramının Azərbaycana qayıdışı və onun Azərbaycan höküməti və inkişaf üzrə tərəfdaşları ilə dayanıqlı inkişaf məqsədlərinin əldə olunması üzrə könüllülüyün təbliğini müsbət qiymətləndirirlər: “BMT-nin Könüllüləri bilavasitə insanlarla işləyir və dayanıqlı inkişaf məqsədlərinə nail olmaq yolunda sülh və inkişafı əsas tutur. BMT-nin könüllüləri öhdəçilik, fərdilik, aktivlik və həmrəylik kimi əsas dəyərləri özlərində təcəssüm etdirir.”

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/bmt-nin-konulluleri-proqraminin-i-craci-elaqelendiricisinin-muavini-azerbaycana-gelecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR