Anadangəlmə qüsuru olan MƏŞHURLAR - FOTO

Anadangəlmə qüsuru olan MƏŞHURLAR - FOTO
10:05 18 May 2017
Ölkə mətbuatı
A- A+

Dünya ulduzları ilk baxışdan son dərəcə qüsursuz görünsə də, əslində heç də elə deyil. Onların da özlərinə görə böyük və ya kiçik qüsurları var. Məşhur simaların içərisində anadangəlmə qüsurlu olanları belə var. Fiziki deformasiyalara məruz qalan bədənləri ilə fəxr edən məşhurlar bu gün bir çoxlarınızın kumirinə çevrilib.

Dünya ulduzlarının izləyicilərdən gizlətməyə çalışdığı anadagəlmə qüsurlarını əks etdirən görüntüləri təqdim edirik:

1.Cenifer Qarner - Hollivudun məşhur aktrisası Cenifer Qarnerin qüsuru ayaq barmaqlarındadır. Diqqət etsəniz gözəl aktrisanın barmaqlarının quruluşu gözəlliyinə kölgə salır. Bunun səbəbi ayaq barmaqlarında sümüklərdən birinin normadan qısa olmasıdır.

2. Meqan Foks - Dünya şöhrətli, cəlbedici aktrisa Meqan Foksun eyibi baş barmağındadır. Sağ əli xalq arasında "armud barmaq" adlandırılan formada nisbətən qısa olan ulduz bunu kompleks etmir.

3. Coanna Krupa - Heyvan haqlarının müdafiəsində aktiv iştirak edən top model Coanna Krupa qeyri-adi bədən quruluşu ilə fərqlənir. Onun qadınlardan fərqli olaraq 3 döş ucu var. Dünya ulduzlarından Lily Allen, Carrie Undervud və Tillda Svinton da bənzər bir deformasiya ilə gündəmə gəlmişdi.

4. Madonna - 58 yaşlı dünya ulduzu müntəzəm olaraq, idmanla məşğul olsa da, zamanı durdura bilmir. Yaşlılıq onun əllərinə daha çox təsir edib. Əllərindəki qırışlar və damarları fotoşopla yox edən ulduzun əslində gerçək vəziyyəti belədir.

5. Zak Efron - Dünya şöhrətli aktyor Zak Efron qeyri-adi bədəni ilə diqqət çəkir. Belə ki, onun da sinəsinin 4 ucu var.

6. Vayns Vauqun - Aktyor illər əvvəl keçirtdiyi ağır yol nəqliyyat qəzasında barmağının yarısını itirib. Bu vəziyyətlə bağlı kompleks yaşamayan aktyor rahat şəkildə şəkillər paylaşır.

7. Keyt Bosvorz - O, "Heterokromi iridium" adı verilən qüsurdan əziyyət çəkir. Gözlərinin rəngi bir-birindən fərqli olan cazibədar ulduz yenə də çox şarmlı görünür. Eyni xromosom pozğunluğuna malik tanınmışlar arasında Ceyn Seymour, Demi More, Yelizaveta Berkley və Henri Cavill də var.

8. Karolina Kurkova - Məşhur model gözəl bədən quruluşu ilə seçilsə də, anadangəlmə deformasiya ilə doğulub. Diqqət etsəniz, cazibədar xanımın göbəyi yoxdur. 2 ay tez doğulan cazibədar modelin göbəyi hələ formalaşmadığından bu vəziyyətlə qarşılaşıb. Onun sözlərinə görə, şəkillərdə Adriana Limanın göbəyini fotoşop vasitəsilə ona qoyurlar.

9. Eşton Kuçer - Dünya şöhrətli aktyorun ayaq barmaqlarından ikisi bir-birinə bitişik haldadır.

Publika.az

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/545951.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR