Artıq çəki bir çox insanın probleminə çevrilib. Xüsusilə, qarın, bel bölgəsi, omba və ayaqlardakı yağlardan xilas olmaq üçün insanlar müxtəlif üsullara əl atır.
Metbuat.az xəbər verir ki, zəncəfil suyu çəki atmaq üçün möcüzəvi üsullardan biridir.
Tərkibi:
İncə-incə dilimlənmiş zəncəfil kökü
5 litr su
1 ədəd limon
Hazırlanması:
Öncə, suyu qaynadın və dilimlənmiş zəncəfili əlavə edin. 15 dəqiqə bişirin. Sonra süzgəclə suyunu süzün. Qarışıq artıqhazırdır.
Qarışığın faydaları nələrdir?
Çəki atmaqla yanaşı, zəncəfil suyunun bir çox faydası var. Xolestrolu nizamlayaraq ürək və damar sistemindəki problemlərin qarşısını alır, qan təzyiqini normallaşdırır. Zəncəfil soyuqdəymə əleyhinə güclü vasitədir. Zəncəfil suyunu mütəmadi olaraq içməklə revmatizmanın və osteoartrozun səbəb olduğu şişkinlik, oynaq ağrıları və iltihablanmanı azaltmaq mümkündür.
Aysel
Yaqubqızı / Metbuat.az