Play Store

Kann Kinofestivalı başlandı: ulduzlar qırmızı xalıda - FOTO

Kann Kinofestivalı başlandı: ulduzlar qırmızı xalıda - FOTO
10:12 18 May 2017
Ölkə mətbuatı
A- A+

Uill Smit, Qebriel Yared, Cessika Çesteyn, Pak Çan Uk, Anyes Jaui, Pedro Almodovar, Fan Binbin, Maren Ade, Paolo Sorrentino, İppolit Jirardo, Lui Qarrel, Şarlotta Qensbur, Arno Depleşen, Marion Kotiyar, Matye Amalrik, Alba Rorvaher, Syuzan Sarandon və başqaları....

Fransanın Kann şəhərində 70-ci Beynəlxalq Kinofestival başlanıb.

Milli.Az European-a istinadən bildirir ki, Kruazet bulvarındakı Festivallar və Konqreslər Sarayındakı mərasim həddən ziyadə ciddi şəkildə polislərlə hərbçilər və jandarmlar tərəfindən qorunurdu.

Şəhər meri David Lisnarın dediyinə görə, terror təhlükəsi çox ciddi olduğundan belə tədbirlərə əl atılıb.

Sahilyanı Alplar departamentinin prefekti Jorj-Fransua Lekler isə bəyan edib ki, kinofestivalla bağlı şəhər küçələrində əlavə olaraq 550 videomüşahidə kamerası quraşdırılıb.

Festivalın əsas müsabiqələrində 50 film nümayiş olunacaq.

Fransa 2011-ci ildə "The Artist" filminə görə "Oskar" almış rejissor Mişel Xanaviçusun "Le Redoutable", Jak Duayonun "Rodin" və Fransua Ozonun "L'Amant double" filmləri ilə də təmsil olunub.

Sofiya Koppola festivala "The Beguiled" lentini gətirib. Lentdə baş rollarda Kolin Farell, Nikol Kidman, Kl Fanninq və Kirsten Danst çəkiliblər.

Kanndda 2009-cu ildə "Das weie Band", 2012-ci ildə isə "Amour" lentlərinə görə "Qızıl Palma Budağı" almış Mixael Hanekenin "Happy End" lenti nümayiş olunacaq.

Dahi rejissor Roman Polanskini "D'aprs une histoire vraie" filmi müsabiqədən kənar göstəriləcək.  83 yaşlı rejissorun 2002-ci ildə çəkdiyi "The Pianist" lenti 2002-ci ildə Kann Kinofestivalında "Qızıl Palma Budağı"na, sonra da 3 "Oskar"a layiq bilinmişdi.

Kann şəhərində ilk kinofestival 1946-cı ildə keçirilib.  Həmin ildən bəri kinofestival yalnız 1948 və 1950-ci illərdə maliyyə vəsaiti çatışmazlığına görə keçirilməmişdi.

Yubiley, 70-ci Kann Kinofestivalı mayın 28-də başa çatacaq. İspan rejissor Pedro Almodovarın başçılıq etdiyi münsiflər heyəti təntənəli qapanış mərasimində laureatların adlarını çəkəcək, əsas mükafat olan "Qızıl Palma Budağı"nın sahibinin adını səsləndirəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/545924.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR