Əcnəbi kosmonavt kosmosdan Azərbaycanın ŞƏKLİNİ ÇƏKİB, BUNU ETDİ - FOTOLAR

Əcnəbi kosmonavt kosmosdan Azərbaycanın ŞƏKLİNİ ÇƏKİB, BUNU ETDİ - FOTOLAR
10:18 18 May 2017
130 Digər
Ölkə mətbuatı
A- A+

Ötən günlərdə Azərbaycanın geometrik sahəsinin kosmosdan çəkilişi dünya ictimaiyyətinin marağına səbəb olub.

Publika.az xəbər verir ki, Avropa Kosmik Agentliyinin (AKA) kosmonavtı Tom Pesk kosmik gəmidən Azərbaycanın fotosunu çəkib. Çəkdiyi fotoları özünün Feysbuk və Tvitterdəki hesabından paylaşıb. Şəkillərin altına "Azərbaycanın mükəmməl geometrik sahələri” qeydini edib.

Avropa Kosmik Agentliyinin ən gənc kosmonavtı olan Tom paylaşdığı şəkillərin izləyicilər tərəfindən dairəvi suvarma kanalı olaraq şərh edildiyini görüb.

Məsələyə aydınlıq gətirilməsi üçün Azərbaycanın Milli Aerokosmik Agentliyi ilə əlaqə yaradılıb. Agentliyin baş direktorunun birinci müavini, professor Tofiq Süleymanovun sözlərinə görə, fotolar adi kamera vasitəsilə çəkildiyinə üçün koordinatlar dəqiq göstərilməyib: "Əgər fotolar xüsusi skanerlər vasitəsilə çəkilsəydi, koordinatlar dəqiqliklə görünəcəkdi".

Konkret koordinatlar olmadığına görə fotoların Azərbaycanın hansı regionuna aid olduğunu demək çətindir.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/199230.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR