Yunanıstanda minlərlə insan küçələrə çıxdı: hökumətin istefası tələb olunur

Yunanıstanda minlərlə insan küçələrə çıxdı: hökumətin istefası tələb olunur
10:28 18 May 2017
51 Dünya
Ölkə mətbuatı
A- A+

Yunanıstanın paytaxtı Afinada hökumət əleyhdarı ilə polislər arasında şiddətli toqquşma baş verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, nümayişçilər Yunanıstan parlamentinə girməyə çalışıb. Bu zaman çevik polis qüvvələri baş verənlərə müdaxilə etməyə çalışıb. İnsident zamanı nümayişçilər arasında xəsarət alanlar var.

Afinanın Kolokotronis meydanında davam edən etiraz aksiyaları zamanı Yunanıstanın müdafiə nazirinin və bir sıra hökumət üzvlərinin istefası tələb olunub. Minlərlə insan küçələrə çıxaraq, Yunanıstanın Baş nazirini təcili köklü islahatlar aparmağa çağırıb.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199233.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR