Azərbaycan güləşçisi yarımfinalda

Azərbaycan güləşçisi yarımfinalda
10:29 18 May 2017
47 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov (85 kq) IV İslam Həmrəyliyi Oyunlarında dörddə bir finalda xalça üzərinə çıxıb.

Trend-in məlumatına görə, ilk görüşdə idmançımızın rəqibi İran təmsilçisi Fallah Hamidabadi Mahdi olub. İdmançımız 2:1 hesabı ilə rəqibinə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2756082.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR