Ağır çəkili güləşçimiz İslamiadaya qələbə ilə başladı

Ağır çəkili güləşçimiz İslamiadaya qələbə ilə başladı
10:50 18 May 2017
39 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti (130 kq) IV İslam Həmrəyliyi Oyunlarında dörddə bir finalda ilk görüşünü keçirib.

Trend-in məlumatına görə, idmançımız yarımfinal uğrunda mübarizədə Pakistan təmsilçisi Xan Musab Akram ilə qarşılaşıb. İdmançımız 9:0 hesabı ilə rəqibinə vaxtından əvvəl qalib gələrək yarımfinalda mübarizə aparmaq şansı qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2756102.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR