Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qadın taekvandoçumuz yarımfinala yüksəlib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, dayanq üzərinə çıxan təmsilçimiz Darya Şkurko (62 kq) 1/4 finalda Mərakeş taekvandoçusu Sukayna Əl Auni ilə görüşüb.
Qarşılaşma idmançımızın xeyrinə başa çatıb - 10:8.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində