Xəstəxanaya yerləşdirilən xalq artistinin vəziyyəti yaxşılaşdı

Xəstəxanaya yerləşdirilən xalq artistinin vəziyyəti yaxşılaşdı
11:08 18 May 2017
211 Şou
Ölkə mətbuatı
A- A+

Mərkəzi Neftçilər xəstəxanasının terapiya şöbəsindən əldə etdiyimiz məlumata görə, Azərbaycanın Xalq artisti, tanınmış diktor Rafiq Hüseynlinin vəziyyəti yaxşılaşıb.

Publika.az xəbər verir ki, 2 gün əvvəl halı pisləşən xalq artistinin xəstəxanaya yerləşdirilməsinin onkoloji xəstəliklə bağlı deyil. Bu barədə xəstəxananın terapiya şöbəsinin həkimi məlumat verib.

Əldə etdiyimiz məlumata görə, xalq artistinin səhhəti hazırda qənaətbəxşdir:

“R.Hüseynli uzun illərdir şəkərli diabetdən əziyyət çəkir. Xəstəliyin nevroloji fəsadları olduğuna görə, ayaqlarında ağrı və bir qədər zəiflik var. Hazırda müalicə alır, səhhəti yaxşılaşan kimi evə buraxılacaq. Dünən artıq özü sərbəst gəzirdi. Allah qoysa evinə sağ-salamat gedəcək. Ciddi narahatçılığa əsas yoxdur”.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/199242.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR