Qarabağ bu yolla AZAD EDİLƏCƏK: Bakının düşməni yox edəcək MÜKƏMMƏL TAKTİKASI - VİDEO

Qarabağ bu yolla AZAD EDİLƏCƏK: Bakının düşməni yox edəcək MÜKƏMMƏL TAKTİKASI - VİDEO
11:13 18 May 2017
175 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Ermənistana məxsus “OSA” zenit-raket kompleksini məhv etməsi erməni ordusunda ciddi qorxu yaratdı. Ermənistan tərəfi isə buna cavab olaraq cəbhəboyu ərazilərdə mülki əhalini atəşə tutdu.

Publika.az
xəbər verir ki, cəbhədə vəziyyət gərgin olaraq qalır və müharibənin baş verə biləcəyi təhlükəsi yaranıb.

Ermənistana məxsus “OSA” zenit-raket kompleksinin vurulmasına səbəb düşmən ordusunun Azərbaycan mövqelərinə hücum hazırlığı idi. Müdafiə Nazirliyinin yaydığı videodan da açıq görünür ki, raket kompleksi təmas xəttinə yaxın əraziyə gələrək, mövqe tutur.

Rəsmi Bakı dəfələrlə xəbərdarlıq edib ki, işğal olunmuş torpaqlarda hərəkət edən istənilən obyekti məhv etmək hüququnu özündə saxlayır. Ermənistanın çox güvəndiyi zenit-raket kompleksinin məhvi Azərbaycanın öz hüququndan istifadə etməsi deməkdir.

Düşmənin gizlətdiyi itkilər

Lakin Ermənistanın itkiləri təkcə raket-kompleksi ilə yekunlaşmır. İrəvan nə qədər gizlətməyə çalışsa da, raket-kompleksinin ekipaj üzvlərinin də məhv edildiyi məlumdur. Bunu Ermənistan mediası da təsdiq edir.

Erməni jurnalist Tevos Arşakyan yazır ki, təkcə zenit-raket kompleksi yox, bu hərbi texnikanı idarə edən şəxsi heyət də məhv edilib.

“Azərbaycan tərəfinin yaydığı videodan aydın görünür ki, raket kompleksi tamamilə məhv edilib. Bunu Ermənistan tərəfi də təsdiq etdi. Bəs raket kompleksinin içindəki hərbiçilərin taleyi necə oldu? Axı zərbə o qədər güclü oldu ki, onların xilas olması mümkünsüzdür. Görünür, Ermənistanın siyasi və hərbi rəhbərliyi dəhşətli nəticələri açmamaq qərarı verib. Lakin anlamırlar ki, informasiya texnologiyasının inkişaf etdiyi əsrdə nəyisə ictimaiyyətdən gizlətmək mümkün deyil. Artıq raket kompleksi ilə birlikdə ekipaj üzvlərinin də öldüyü şübhəsizdir”, - deyə erməni jurnalist qeyd edir.

Mülki əhalinin vurulmasının hədəfləri

Əslində Ermənistanın Azərbaycanın mülki əhalisinə hücum etməsi də itkilərin böyük olduğuna sübutdur. Bununla İrəvan rejimi erməni ictimaiyyəti qarşısında aldığı zərbənin miqyasını kiçiltməyə, “qisas ssenarisi”ni işə salaraq, diqqəti itkilərdən yayındırmağa, həmçinin, Azərbaycan tərəfinin itki verdiyini iddia etməklə “qalib” görüntüsü yaratmağa çalışır. Güman ki, məhv edilən erməni hərbiçilərin ölümü önümüzdəki günlərdə müxtəlif adlar altında açıqlanacaq.
Lakin Ermənistanın mülki əhalini hədəf seçməsinin başqa hədəfi də var: Azərbaycanı təxribata çəkmək.

Yaxın günlərdə həmsədrlər regiona səfər edəcək. Ermənistan Azərbaycanı təxribata çəkərək, cəbhədə vəziyyəti gərginləşdirməkdə maraqlıdır. Çünki cəbhədə gərginlik işğalı davam etdirməyə imkan verən “atəşkəsə nəzarət mexanizmi” variantını da gündəmdə saxlayır. Beləliklə, gərginliyi davam etdirən Ermənistan danışıqlar masasına da yalnız bu variantı müzakirə etmək üçün oturmağı planlaşdırır.

Müharibə fitili alovlandırılır

Belə vəziyyət Qarabağda müharibə fitilinin yandırılması təhlükəsini də artırır.

“Vestikavkaz” saytı Ermənistanın müharibə hazırlığına başladığını yazıb.

Sayt “Ermənistan Azərbaycana qarşı yeni müharibə elan edir?” adı məqaləsində cəbhə zonasındakı vəziyyəti nəzərdən keçirərək qeyd edir ki, Sarkisyan təcavüzkar siyasətini nümayiş etdirəcək: “Müharibə partiyası”ndan olan Serj Sarkisyan yeni təcavüzkar siyasətini de-fakto nümayiş etdirəcək və vasitəçilərə dəqiq siqnal verəcək ki, Ermənistan Qarabağ probleminin sülh yolu ilə həllində maraqlı deyil”.

Ermənistanın birinci diversiya-kəşfiyyat dəstəsinin komandiri Vova Vartanov isə bir neçə gün öncə erməni ordusunun hücuma keçə biləcəyini açıq şəkildə ifadə etdi.

“Yaxın vaxtlarda Ermənistan qoşunları təmas xəttində və Azərbaycanla sərhəddə hücumların bütöv seriyasını başlaya bilər”, - deyə erməni diversant vurğuladı.
O, Ermənistanın hərbi rəhbərliyini Azərbaycana qarşı zəif hücumlar etməkdə də ittiham etdi.
İlk baxışdan bu, Ermənistanın Azərbaycanı çəkindirmək üçün verdiyi mesaj olaraq görünür. Lakin güman ki, ortada hansısa hücum planı da mövcuddur.
Düşmənin təmas xətti yaxınlığına yerləşdirmək istədiyi “OSA” zenit-raket kompleksinin məhv edilməsi də Azərbaycanın cəbhədə baş verə biləcək təxribat planlarından xəbərdar olduğu ehtimalını artırır.

Bakının ağıllı taktikası

Bu kontekstdə rusiyalı hərbi ekspert Aleksandr Xramçikin fikirləri diqqət çəkir.
Xramçik hesab edir ki, Bakı ağıllı taktika işlədir: “Bu taktikaya görə, rəqibin hava hücumundan müdafiə sistemləri, zirehli texnikaları, raket kompleksləri sıradan çıxarılır. Bu, gələcək müharibədə üstünlüyün yaranması ilə nəticələnəcək”.
Rusiyalı ekspert qeyd edir ki, Qarabağda yeni müharibə qaçılmazdır.
“Lakin bunun nə vaxt baş verəcəyini dəqiq demək çətindir. Müharibə illər sonra da başlaya bilər, yaxud iki gün sonra da”, - deyə o bildirib.

Asif Nərimanlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/199241.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR