ƏƏSMN-in peşə və təhsil kursları 50 minə yaxın şəxsi əhatə edib

ƏƏSMN-in peşə və təhsil kursları 50 minə yaxın şəxsi əhatə edib
11:30 18 May 2017
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Cari ilin 4 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili və peşəyönümü tədbirləri 47,8 min nəfərə yaxın şəxsi əhatə edib.

Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

ƏƏSMN tərəfindən peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili və gənclər üçün peşəyönümü tədbirləri cari ilin 4 ayında 47,8 min nəfərə yaxın şəxsi əhatə edib.

Belə ki, bu ilin yanvar-aprel aylarında nazirlik tərəfindən 1 603 nəfər (o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə 1 547 nəfər və nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində 56 nəfər) şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub. Kurslarda vətəndaşlara kompyuter istifadəçisi, dərzi, elektrik montyoru, mebel quraşdırıcısı, xalçaçılıq, qənnadçı, avtomobil təmiri üzrə çilingər, əməliyyatçı mühasib, elektrik qaynaqçısı, bərbər və s. peşələr öyrədilib. Kurslara cəlb edilənlərin 132 nəfəri əlilliyi olan şəxslərdən ibarət olub. Peşə hazırlığı və əlavə təhsil kurslarını başa vurduqdan sonra məzunlara peşə şəhadətnamələri verilib.

Qeyd olunan dövrdə Dövlət Məşğulluq Xidməti tərəfindən gənclərin düzgün peşə və ixtisas seçiminin dəstəklənməsi məqsədilə həyata keçirilən peşəyönümü tədbirlərinə isə əsasən yuxarı sinif şagirdlərindən ibarət 46 161 nəfər gənc cəlb edilib. Bir sıra hallarda valideynlərin də iştirakı ilə keçirilən peşəyönümü tədbirlərində gənclərin düzgün peşə və ixtisas seçiminin onların gələcəkdə əmək bazarına inteqrasiyasında mühüm amillərdən olduğu vurğulanıb. Tədbirlərdə iştirakçılara əmək bazarında peşə və ixtisaslara olan tələbat barədə məlumatlar, peşəyönümü məsləhətləri verilib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2756139.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR