Play Store

Toğrul Əsgərovun qanında dopinq tapıldı - 1 illik cəza

Toğrul Əsgərovun qanında dopinq tapıldı - 1 illik cəza
11:32 18 May 2017
136 Ölkə
Ölkə mətbuatı
A- A+

London Yay Olimpiya Oyunlarının qalibi olan azərbaycanlı güləşçi Toğrul Əsgərov diskvalifikasiya edilib.

Milli.Az apasport.az-a mistinadən xəbər verir ki, buna 25 yaşlı pəhləvanın antidopinq qaydalarını pozması səbəb olub.

Belə ki, ondan götürülmüş dopinq-test müsbət nəticə verib. Əsgərovun higenamin preparatından istifadə etdiyi məlum olub. Bu dərman ABŞ və Avropa Birliyində qanuni sayılsa da, bu ildən Ümumdünya Antidopinq Agentliyi tərəfindən istifadəsi qadağan edilib. Həmin preparat daha çox çəkini qorumaq üçün qəbul olunur.
 
Bu səbəbdən güləşçimiz 1 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Ona tətbiq olunan cəza 2018-ci ilin aprelin 17-də başa çatacaq.  Əsgərov cəza səbəbindən Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları üçün açıqlanan siyahıya da daxil edilməyib.
 
Qeyd edək ki, Toğrul Olimpiya çempionu olmaqla yanaşı, Rio-2016-da gümüş, Avropa Oyunlarında və qitə çempionatında qızıl medal qazanıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/545994.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR