Bakı-2017: Güləşçimiz final şansını itirdi

Bakı-2017: Güləşçimiz final şansını itirdi
11:43 18 May 2017
45 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanın ağır çəkili yunan-Roma güləşçisi Sabah Şəriəti (130 kq) IV İslam Həmrəyliyi Oyunlarında yarımfinalda mübarizəsini davam etdirib.

Trend-in məlumatına görə, final uğrunda mübarizədə idmançımızın rəqibi Özbəkistan təmsilçisi Abdullayev Mumincon olub. Güləşçimiz rəqibinə 8:0 hesabı ilə məğlub olaraq final şansını itirib. Növbəti görüşdə güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2756154.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR