Valideynini itirmiş uşaqlar üçün tikilən binalar artırılacaq

Valideynini itirmiş uşaqlar üçün tikilən binalar artırılacaq
11:50 18 May 2017
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “Sosial xidmət haqqında qanun”la bağlı dinləmələr keçirilib.

Trend-in məlumatına görə, Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, komitə tərəfindən hazırlanmış bu qanun ilk dəfə olaraq, Azərbaycanda bir necə məsələni ortaya qoyub:

“Qanunda sosial işçi ilə sosial xidmətçilər işi bir-birindən ayrıldı. Bu sahə üzrə layihələrin icrasına bələdiyyələr, QHT-lər, hətta Qızıl Aypara Cəmiyyəti də cəlb edilə bilər. Qanunun çox önəmli məqamları var. Lakin gedişat göstərdi ki, onun icrası ilə bağlı bəzi çətinliklər meydana gəlir. Bundan başqa, sosial xidmətlərin miqyası da genişlənir. Buna görə də bu məsələ ilə bağlı müzakirələrə ehtiyac var”.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib ki, artıq Azərbaycanda sosial xidmət sahəsində böyük islahatlar aparlıb, bu sahə üzrə yeni istiqamətlər yaradılıb. Buna görə də vətəndaş cəmiyyətinin bu sahəyə cəlbi, hüquqi bazanın təkmilləşdirilməsi lazımdır.

İ.Rəhimov bildirib ki, hazırda nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində 339 uşaq tam dövlət nəzarətində yaşayır.

Onun sözlərinə görə, 2011-2016-cı illər ərzində dövlət uşaq müəssisələrindən 137 uşaq daimi yaşayış üçün ailələrə qaytarılıb.

İ.Rəhimov bildirib ki, valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş gənclər üçün 120 və 125 mənzilli iki bina inşa edilib. Artıq Abşeron rayonu Masazır qəsəbəsində valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş gənclər üçün 3-cü mənzilin inşasına başlanılıb:

“Bizim imkanımız var ki, belə binaların sayını artıraq. Bununla da bu gənclərin problemini aradan qaldırmağa nail olaq”.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2756175.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR