Millimiz Əlcəzairə qarşı - YENİLƏNİR

Millimiz Əlcəzairə qarşı  - YENİLƏNİR
11:57 18 May 2017
69 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarının yarımfinal oyunları keçiriləcək. Fanat.Az xəbər verir ki, U-23 millimiz Əlcəzairlə qarşılaşacaq.

 

Yaşar Vahabzadənin komandası A qrupunda keçirdiyi 3 oyunda qapısından top buraxmayıb. Kamerun və Mərakeşlə qolsuz heç-heçə edən yığmamız Səudiyyə Ərəbistanını 2:0 hesabıyla yenib. 3 görüşə 5 xal toplayan və qrup ikincisi olan seçməmiz turnirin əsas favoritlərindən biriylə münasibətlərinə aydınlıq gətirməlidi.

 

Şimali afrikalılar B qrupundakı mübarizəni lider qismində tamamlayıb. 2 zəfər və heç-heçəylə sözünü deyən Əlcəzairin hədəfi final oynamaqdı.

 

Qeyd edək ki, Ddigər yarımfinal matçında A qrupunun lideri Kamerun B qrupunun ikincisi Omanı sınağa çəkəcək.

 

 

İslam Həmrəylik Oyunları

Futbol

Yarımfinal

 

12:30. Əlcəzair – Azərbaycan

"Dalğa Arena"

 

 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimiz-lczair-qar-t58166.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR