Milli Məclisdə “Sosial xidmət haqqında” qanunla bağlı dinləmələri keçirilir

Milli Məclisdə “Sosial xidmət haqqında” qanunla bağlı dinləmələri keçirilir
12:02 18 May 2017
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 may. REPORT.AZ/ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında “Sosial xidmət haqqında” qanunla bağlı dinləmələri keçirilib.
“Report”un məlumatına görə, komitə sədri Hadi Rəcəbli bildirib ki, dinləmələrin keçirilməsinə zəmin yarandan amillərdən biri qanunun yerlərdə icrası zamanı bəzi çətinliklərin meydana çıxmasıdır.
O vurğulayıb ki, hazırda qanunun icrası ilə bağlı istəklər çoxalıb, sosial xidmətlərin əhatə dairəsi genişlənib: “Məqsəd qanunun daha işlək olmasını təmin etməkdir”.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov dinləmələrdə qeyd edib ki, bu qanun Azərbaycanda çətin həyat şəratində yaşayan insanlara sosial xidmətlərin göstərilməsi məqsədilə qəbul edilib.
O bildirib ki, hazırda nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində 339 uşaq tam dövlət nəzarətində yaşayır: “2011-2016-cı illər ərzində dövlət uşaq müəssisələrindən 137 uşaq daimi yaşayış üçün ailələrə qaytarılıb. Abşeron rayonu Masazır qəsəbəsində valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olan gənclər üçün 3-cü mənzilin inşasına başlanılıb. Bizim imkanımız varki belə binaların sayını artıraq və bu cür gənclərin problemini aradan qaldırmağa nail olaq”.
Hazırda dinləmələr davam edir.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/milli-meclisde-sosial-xidmet-haqqinda-qanunla-bagli-dinlemeleri-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR