Bərdədə zəncirvari qəzada 5 nəfər ağır yaralandı - SİYAHI

Bərdədə zəncirvari qəzada 5 nəfər ağır yaralandı - SİYAHI
12:06 18 May 2017
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaradəmirçi kəndi ərazisində qeydə alınıb.
Belə ki, yük avtomobili ilə iki minik maşının toqquşması nəticəsində beş nəfər ağır bədən xəsarətləri alıb.

Yaralılar:
İlham Quliyev;
Elqəm Hüseynov;
Səxavət Quliyev;
Ramiz Quliyev;
Elsevər Hüseynov. 

Xəsarət alanlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan sayta bildirilib ki, yaralıların beşinin də  vəziyyəti ağırdır: "Yaralılara ilkin tibbi yardım göstərilib və Travmatologiya şöbəsinə yerləşdirilib". 

Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/546003.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR