"Cəbhədə vəziyyət hər an gərginləşə bilər"

Eermənilər son bir neçə gündür cəbhənin müxtəlif isiqamətində təxribatlar törətməyə başlayıb. Həm də, Azərbaycanın ilk dəvə ev sahibliyi etdiyi IV İslam Həmrəylik Oyunları zamanı.

“Azərbaycan Respublikasının istənilən uğuru və ölkədə beynəlxalq miqyaslı hər hansı bir tədbirlərin keçirilməsi düşmən ölkə kimi Ermənistanı narahat edir”.

Bu sözləri Metbuat.az-a açıqlamasında hərbi jurnalist Ramil Məmmədli bildirib.

Onun sözlərinə görə, ölkəmizdə baş verən tədbirlərə maneə yaratmaq, Azərbaycanın qeyri-sabit ölkə olmasını göstərən addımlar atmaq düşmənlərimizin ənənəvi işidir:

“Ermənilərin cəbhədə hər hansı bir gərinlik törətmək məqsədi Azərbaycanda keçirilən beynəlxalq tədbirlərlə bağlı ola bilər. Amma hesab edirəm ki, burada məsələ daha genişdir. Bu cür təxribatlar münaqişənin sülh yolu ilə həllinin qarşısını almaq məqsədi daşıyır. Cəbhə bölgəsində baş verən hadisələrin alovlanması ermənilərin özlərinə ziyan gətirəcək amildir. Çünki Azərbaycan Silahlı Qüvvələrinin imkanları və döyüş bacarığı işğal altında olan əraziləri qısa müddət ərzində azad etmək qüdrətindədir. Ermənilər bu cür lokal qarşıdurmalar yaratmaqla, məsələni sülh yolu ilə həlli müstəvisindən uzaqlaşdırmağa çalışırlar. Əslində isə Ermənistanın özü yaxşı bilir ki, Azərbaycanla müharibə aparmaq imkanında deyil və qısa müddətdə Azərbaycan ordusu Ermənistanın müdafiə məntəqələrini darmadağın edərək ərazilərimizi işğaldan azad edə bilər”.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR